Haqqımızda

Klubun əsas rəmzi Quzğundur.
Quzğun ən müdrik və ailəcanlı
xüsusiyyətlərinə malik olan canlılardan sayılır və bu qeyd etdiyimiz
xüsusiyyətləri ilə klubun əsas dəyərlərini vurğulayırıq.

Tarixçəmiz

“Dirçəliş” futbol klubu 2019-cu ildən Bakida öz fəaliyyətinə başlayıb və 2021-2022 ci sezonu üçün hazırlıqları davam etdirir.
Klub ilk olaraq illərlə oynayan bir mini-futbol həvəskar komandadan yaradılmışdır. Komanda liderin və bir neçə dəyərli komanda yoldaşların təşəbbüsü ilə ən ciddi məqsədlər ilə “Dirçəliş” futbol klubun yaradılması qərarı verilmişdir. Klubun adı barədə:

1) İlk olaraq klubun əbədi mövcudluğu üçün və komandanın həmişə irəli aparması üçün “Dirçəliş” adı təklif olunmuşdur.

2) Bizim futbolçular üçün və komandaya yeni qoşulan oyunçuları üçün bu həmdə arzuların və futbolçu karyeranın dirçəlməsi deməkdir.

3) Sonradan müyyən etdik ki “Dirçəliş” sözü ölkənin və ümumi Azərbaycan xalqın tarixində çox önəmli rol oynayır. 

Sadəcə ən son əsrə baxanda bizim vətənimiz bir neçə dirçəliş dövrü yaşamışdır:

1) 1918-ci ildə 28 may tarixində Azərbaycanın müstəqil dövlət elan olunması. 

2) 1969-cu ildə 14 iyulda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, ölkəmiz üçün iqtisadiyyatın və sürətli inkişafın dirçəlməsi anlamı daşıyıb. 

3) 1992-ci ildə 17 noyabr Milli Dirçəliş günü. 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin qayıdışı və onun rəhbərliyində ölkəmizin yeni dirçəlişi və yeni şanlı uğurları başlanılmışdır və hal hazırda bu uğurların davamçısı möhtərəm prezident İlham Əliyevdir

DİRÇƏLİŞ FK ev oyunlarını və məşqlərini Gənclikdə yerləşən "İdman İnstitun Stadionu"nda keçirir

FORMALARIMIZ